Hospis

Hospis (ing. hospice) — ümidsiz xəstələrin layiqli xidmət və qayğı ala biləcəkləri səhiyyə müəssisələridir. Hospisin pasientləri "ev" əşyaları ilə əhatə olunurlar, onlar qohumları və yaxınları ilə sərbəst görüşə bilirlər. Tibb heyəti palliativ kömək göstərir: xəstələr oksigen, ağrıkəsicilər, zond qidalanması və s. alırlar. Həkimlərin sayı minimum, orta və kiçik tibb heyətinin sayı maksimumdur. Hospisdə olmanın əsas məqsədi xəstənin həyatının son günlərini rəngarəng etmək, əzablarını yüngülləşdirməkdir. Bu, humanistik, həm də iqtisadi baxımdan terminal xəstələri intensiv terapiya şöbələrində müalicə etməkdən daha sərfəlidir. Lakin postsovet məkanında bu problem hələ də həll olunmayıb, çünki böyük xərclər tələb edir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search